Bank Of Baku

SOCAR bu il 66 quyuda qazma işlərini başa çatdırıb

SOCAR bu il 66 quyuda qazma işlərini başa çatdırıb
# 03 noyabr 2017 08:05 (UTC +04:00)

2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114909 metr qazma işi görülüb ki, bunun da 106593 metri istismara, 8316 metri isə kəşfiyyata aiddir.

 

2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb.

 

Ümumiyyətlə ilin əvvəlindən bəri 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR