Bank Of Baku

SOCAR bu il büdcəyə 1 mlrd. manatdan çox vəsait köçürüb

SOCAR bu il büdcəyə 1 mlrd. manatdan çox vəsait köçürüb
# 16 oktyabr 2017 09:29 (UTC +04:00)

SOCAR tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117,330 mln. manat vəsait ödənilib.

 

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 165,678 mln. manat vəsait köçürülüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140,833 mln. manat və ya 13,7% çoxdur.

 

Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 12,600 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 112,426 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,263 mln. manat və ya 4,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR