Bank Of Baku

SOCAR bu il Gürcüstanda daha beş YDM inşa edəcək

SOCAR bu il Gürcüstanda daha beş YDM inşa edəcək
# 13 fevral 2015 13:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Petroleum” Gürcüstanda “SOCAR” brendi altında işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirir.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda qonşu ölkədə “SOCAR” brendi altında 112 yanacaqdoldurma stansiyası (bundan başqa, 1 ədəd qazdoldurma məntəqəsi) fəaliyyət göstərir.

 

İstehlakçıların tələbatını ödəmək üçün kompleks yanaşma tətbiq edilir ki, buraya da stansiyaların ərazisində yerləşən ticarət məntəqələri, otel kompleksləri, restoranlar, apteklər, avtomobil yuma sexləri və s. daxildir. 2015-ci ildə isə daha 5 yeni məntəqənin tikilib istifadəyə verilməsi, 4 məntəqədə isə rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur. Bu məntəqələrdə də istehlakçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün bütün şərait yaradılacaq.

 

Qeyd edək ki, ötən il Gürcüstan bazarına ümumilikdə 314 697,2 ton həcmində neft məhsulu idxal edilib ki, bunun da 288 494,8 tonu Azərbaycan mənşəli məhsulların (17 899,209 ton benzin, 245 857,324 ton dizel, 34 495,599 ton aviasiya kerosini, 657,029 ton mazut, 4 252,54 ton bitum və 11 535,555 ton maye qaz) payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR