Bank Of Baku

SOCAR bu il mədənçilərə 46 yeni quyu təhvil verib

SOCAR bu il mədənçilərə 46 yeni quyu təhvil verib
# 03 avqust 2017 12:47 (UTC +04:00)

2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.


Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.


2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR