2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülüb ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aiddir.
2017-ci ilin sentyabr ayında qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.