Bank Of Baku

SOCAR bu il neft hasilatını 2% azaldıb

SOCAR bu il neft hasilatını 2% azaldıb
# 20 dekabr 2017 14:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır.


"APA-Economics" SOCAR-ın statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 2,26% azalma deməkdir. Cari ilin oktyabr ayı ilə müqayisədə isə ötən ay neft hasilatı 2,42% azalıb.


2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,34% azalmadan xəbər verir.

Yalnız ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,87% çoxdur. Oktyabr ayı ilə müqayisədə isə noyabrda neft hasilatı 4,7% azalıb.

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR