Bank Of Baku

SOCAR Ceyhan limanından xam neft ixracını 9%-dək azaldıb

SOCAR Ceyhan limanından xam neft ixracını 9%-dək azaldıb
# 01 mart 2017 14:51 (UTC +04:00)

Bu ilin fevral ayında SOCAR Ceyhan limanından 1 mln. 323 min 71 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə  10,20% azdır. Ötən yanvar ayı ilə müqayisədə isə xam neft ixracı 5,39% azdır.

 

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Ceyhan limanından 2 mln. 721 min 511 ton xam neft ixrac edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 8,81% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR