Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprel ayında Ceyhan limanından 1 370 882 ton xam neft ixrac edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 34,3% azdır.
Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Ceyhan limanından isə 5 925 281 ton xam neft ixrac edilib. Bu, ötən 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə isə 12,6% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.