Bank Of Baku

SOCAR Ceyhan limanından xam neftin ixracını 16% azaldıb

SOCAR Ceyhan limanından xam neftin ixracını 16% azaldıb
# 01 oktyabr 2015 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin sentyabr ayında Ceyhan limanından 1 836 547 ton xam neft ixrac edib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 6,44% çoxdur

 

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Ceyhan limanından isə 13 108 589 ton xam neft ixrac edilib. Bu, ötən ilin səkkiz ayı ilə müqayisədə 16,16% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR