Bank Of Baku

SOCAR Ceyhan limanından xam neftin ixracını 10% azaldıb

SOCAR Ceyhan limanından xam neftin ixracını 10% azaldıb
# 01 mart 2016 15:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında SOCAR Ceyhan limanından 1 mln. 473 min 411 ton xam neft ixrac edib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 9,62% azdır.


Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Ceyhan limanından 2 mln. 984 min 325 ton xam neft ixrac edilib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 10,33% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR