Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin may ayında Ceyhan limanından 1 mln. 454 min 760 ton xam neft ixrac edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 7,52% çoxdur.
Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Ceyhan limanından 7 mln. 196 min 455 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin 5 ayı ilə müqayisədə 1,12% azdır.
Yeri gəlmişkən, bu müddət ərzində Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.