Bu ilin iyun ayında SOCAR tərəfindən Ceyhan limanından 1 mln. 429,248 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 6,63% çoxdur.
"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayı ilə müqayisədə isə bu kəmərlə nəql olunan neftin həcmi 8,03% artıb.
Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Ceyhan limanından 8 mln. 126,315 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 4,81% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.