Bu ilin sentyabr ayında SOCAR tərəfindən Ceyhan limanından 1 mln. 352 min 984 ton xam neft ixrac edilib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 43,49% çoxdur.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu ilin avqust ayı ilə müqayisədə bu göstərici 21,95% azdır.
Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Ceyhan limanından 12 mln. 753 min 536 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,5% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.