Bank Of Baku

SOCAR Daxili Təqaüd müsabiqəsinə start verib

SOCAR Daxili Təqaüd müsabiqəsinə start verib
# 15 fevral 2016 13:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR Daxili Təqaüd müsabiqəsinə start verib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir.

 

Təqaüdün aylıq məbləği 100 manat təşkil edir. Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 7 mart 2016-cı il tarixə qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR