Bank Of Baku

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
# 10 mart 2015 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin fevral ayında dövlət büdcəsinə 108 mln. 227 min manat vəsait ödənilib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 64 mln. 808 min manat və ya 37,4% azdır.

 

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında büdcəyə 226 mln. 729 min manat vəsait ödənilib ki, bu da 2014-cü ilin iki ayı ilə müqayisədə 119 mln. 884 min manat və ya 34,6% azdır.

 

Bundan əlavə, bu ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 534 min manat vəsait köçürüb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 1,9% çox olub.

 

Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 23 mln. 465 min manat təşkil edib ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1 mln. 355 min manat və ya 5,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR