Bank Of Baku

SOCAR dövlət büdcəsinə ödənişlərini azaldıb

SOCAR dövlət büdcəsinə ödənişlərini azaldıb
# 10 iyun 2015 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin may ayında dövlət büdcəsinə 132,096 mln. manat vəsait ödənilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 39,040 mln. manat və ya 22,8% azdır.

 

Bu ilin yanvar-may aylarında büdcəyə 605,042 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 217,616 mln. manat və ya 26,4% azdır.

 

Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,248 mln. manat vəsait köçürüb ki, bu da 2014-cü ilin may ayı ilə müqayisədə 84 min manat və ya 0,75% çoxdur.

 

Bu ilin yanvar-may aylarında SOCAR-ın DSMF-yə ödənişi 57,842 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR