SOCAR ötən ilin dekabr ayında dünya bazarında satdığı xam neftin qiymətlərini açıqlayıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 53,60 dollara, Urals nefti 52,69 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 54,92 dollara satılıb.
Xatırladaq ki, 2015-ci ilin dekabr ayında isə dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,21 dollara, Urals nefti - 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb.