Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral aylarında SOCAR tərəfindən 605 min ton neft hasil edilib. "APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, 2015-ci ilin fevral ayı ilə müqayisədə 5,75% azdır.
Bu ilin yanvar ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 6,49% azaldıb.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton neft hasil edilib.
Bu ilin fevral ayı ərzində ölkə üzrə 3 mln. 339,3 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,4% çoxdur. 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 5,08% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 518,2 min ton neft hasil edilib.