Bakı - APA-Economics. "SOCAR futbola investisiya yatırmaqla, o cümlədən bu idman növünə sponsorluq etməklə böyük hədəflərə nail olmaq istəyir". "APA-Economics" xəbər verir ki, bunu İtaliya mətbuatına SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
"Biz bu il Fransada keçirilən Avropa çempionatının sponsorlarından biri idik. Avropa çempionatına qədər bizi neçə nəfər tanıyırdı? Yəqin ki, yalnız bu sahənin mütəxəssisləri. Futbola investisiya yatırmaqla biz daha böyük insan kütləsinə çıxış əldə edirik və bizi tanıyırlar. Lakin bizim idmana investisiyalarımız futbolla yekunlaşmır. Biz "Formula-1", cüdo, şahmat kimi idman növlərinə də yatırımlar etməyə başladıq. Bir parçası olduğumuz dünyada idman böyük rola malikdir", - deyə o bildirib.