Bank Of Baku

SOCAR Gürcüstanda Karbamid zavodunun inşasının dayandırılmasına məsələsinə aydınlıq gətirib

SOCAR Gürcüstanda Karbamid zavodunun inşasının dayandırılmasına məsələsinə aydınlıq gətirib
# 13 may 2015 13:41 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu gün “Xəzər Enerji Klubu”nda jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib ki, bu layihənin dayandırılması mövcud neft bazarındakı proseslərlə bağlıdır.

 

Onun sözlərinə görə, bu layihə özü-özünü maliyyələşdirir: “Zavodun inşasının müəyyən hissəsi sahibkarlar tərəfindən, digər hissəsi isə bank kreditləri hesabına maliyyələşdirilir. Neftin qiymətinin kəskin ucuzlaşması SOCAR-ın həyata keçirdiyi bəzi ölkədaxili layihələri gecikdirir və bir balaca təxirə salınır. Gürcüstan bazarındakı vəziyyət bizimkindən tamamilə fərqlidir. Gürcüstan bazarı dünya bazarından asılıdır və orada vəziyyət kifayət qədər ağırdır. İstehsal olunan gübrənin dünya bazarında qiyməti aşağı düşüb. Bu səbəbdən bu layihənin maliyyələşdirilməsi xeyli çətinləşib. Gürcüstan hökuməti bu layihənin başa çatmasında maraqlıdır. Çünki, zavodun fəaliyyəti yeni iş yerləri, yeni məhsul və yeni gəlir mənbələri deməkdir.  Bu layihənin müəyyən hissəsini SOCAR maliyyələşdirir. Amma indiki vəziyyətdə bu proses bir az çətinləşib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR