Bank Of Baku

SOCAR Gürcüstandakı törəməsində payını 16% artırıb

SOCAR Gürcüstandakı törəməsində payını 16% artırıb
# 07 iyul 2017 07:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstandakı törəməsi olan "SOCAR Energy Georgia" MMC-dəki payını kəskin artırıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.


Sənədə əsasən, 2017-ci ilin mayın 29-da SOCAR törəməsindəki iştirak payını 16,34% artırmağa müvəffəq olub. Əqd SOCAR-a 34 mln. dollar və ya 58 mln. manata başa gəlib. Beləliklə, dövlət şirkətinin "SOCAR Energy Georgia"dakı payı 51%-dən 67,34%-ə yüksəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR