Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Eemalı Zavodunda (NEZ) avtomatik idarəetmə sisteminin tətbiqi genişlənir.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə,
H. Əliyev adına Neft Emalı Zavodunun katalitik krekinq və koks qurğularından sonra 31 nömrəli katalitik riforminq qurğusunda da avtomatik idarəetmə sistemi - Eksperion PKS proqram təminatının tətbiqinə başlanılıb.
Ötən müddət ərzində 51 birləşdirici qutu, sahə cihazları ilə birləşdirici qutular arasında 20 millimetrlik mühafizə boruları quraşdırılmış, 2X1,5 tipli 18100 metr uzunluğunda birləşdirici kabel, eyni zamanda birləşdirici qutu ilə operator otağı arasında 24 X 2 X1,5 tipli əlaqə kabelləri çəkilib. Həmin kabellər müvafiq qaydada yoxlanılmış və nişanlanıb.
Həmçinin, 173 ədəd cihaz dolabı montaj olunub. Sahə cihazlarının cihaz dolablarına quraşdırılması işləri başa çatıb. Qurğunun iş fəaliyyətinə mane olmadan 41 ədəd tənzimləyici, 10 ədəd səviyyəölçən cihaz quraşdırılıb.
“Honeywell” şirkətinin istehsalı olan sahə avadanlıqları, sistem dolabları və işçi stansiyaları sifariş verilib. Quraşdırma işlərinin iyun ayında tamamlanması nəzərdə tutulur.