Bank Of Baku

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb
# 01 dekabr 2016 15:57 (UTC +04:00)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında 83 012 ton dizel yanacağı, 2 843 ton təyyarə yanacağı, 8 104 ton yüksək təzyiqli polietilen, 6 190 ton maye piroliz qətranı, 3 402 ton propilen və 3 600 ton butilen butadiene fraksiyası ixrac edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu ilin yanvar-noyabr ayları ərzində 676 171 ton dizel yanacağı, 174 035 ton təyyarə yanacağı, 2 416 ton soba mazutu, 76 726 ton yüksək təzyiqli polietilen, 9 326 ton mütləqləşdirilmiş izopropil spirti, 57 577 ton maye piroliz qətranı, 37 554 ton propilen və 18 766 ton butilen butadien fraksiyası ixrac edilib.

 

Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 471,35 ABŞ dolları, təyyarə yanacağının - 440,42 dollar, dizel yanacağının -408,57 dollar, 1% kükürdlü mazutun qiyməti - 257,85 dollar, yüksək təzyiqli polietilenin - 1213,75 dollar, butilen butadien fraksiyasının - 524,70 dollar, maye piroliz qətranının - 471,35 dollar, propilenin qiyməti - 755 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 918 avro təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR