SOCAR-a məxsus Kulevi Neft Terminalı cari ilin yanvar-oktyabr aylarında 1,4 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.
APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 0,1 mln. ton və yaxud 7,6% çoxdur.
10 ay ərzində Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 13,6 mln. ton yük emal edib.
Qeyd olunan dövrdə Poti limanı 5,6 mln. ton, Batumi limanı 3,5 mln. ton, Supsa neft terminalı isə 3,1 mln. ton yük emal edib.