Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında SOCAR tərəfindən 535,6 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,03% azdır.
"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin aprel ayı ilə müqayisədə isə SOCAR mayda qaz hasilatını 3,16% artırıb.
Bu ilin yanvar-may aylarında dövlət neft şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 2 mln. 650,1 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin beş ayı ilə müqayisədə 5,40% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min, aprel ayında isə 519,2 min kubmetr təbii qaz hasil edilib.
Bu ilin may ayında bütün ölkə üzrə 2 mln. 520,1 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 2,66% çoxdur. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 1,83% çoxdur.
Bu ilin yanvar-may aylarında Azərbaycanda 12,466 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin beş ayı ilə müqayisədə 0,92% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2,52 mln., fevral ayında 2,368 mln., mart ayında 2,583 mln., aprel ayında isə 2,475 mln. kubmetr təbii qaz hasil edilib.