Bank Of Baku

SOCAR Mərkəzi Bankdan 1 mlrd. manata yaxın kredit götürəcək

SOCAR Mərkəzi Bankdan 1 mlrd. manata yaxın kredit götürəcək
# 19 mart 2015 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR Azərbaycanda yeni inşa ediləcək Neft-Qaz və Neft Kimya Kompleksinin (OGPC) tikintisini maliyyələşdirmək üçün Azərbaycan Mərkəzi Bankından kredit cəlb edəcək.

 

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı alyanslarla layihə maliyyələşdirilməsi prinsipi ilə danışıqlar davam etdirilir: “Biz çalışırıq ki, kompleksin tikintisində üzərimizə düşən 80% maliyyəni öz qaynağımız olan Mərkəzi Bankdan aldığımız uzunmüddətli kreditlə verək. Qalan 20% hissəsini isə ixrac banklarından cəlb edək”.

 

O bildirib ki, Mərkəzi Bankdan cəlb olunacaq kredit bir mlrd. manata yaxın olacaq. Kredit layihənin tikintisinə başlayanda 10 il müddətinə götürüləcək: “Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3-4 il müddətinə layihənin tam tikilib istifadə verilməsi mümkün olacaq”.

 

Onun sözlərinə görə, OGPC-də tender prosedurları aparılır: “Düşünürəm ki, bu yay aylarında artıq tenderin elan ediləcək və podratçı alyanslar seçiləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR