Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 712,3 min ton neft hasil edilib.
“APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 0,40% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə SOCAR neft hasilatını 14,22% çoxdur.
Bu ilin yanvar ayı ərzində ölkə üzrə 3 667.6 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,78% çoxdur. Ötən ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 4,32% çoxdur.