Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 683,3 min ton neft hasil edilib.
“APA-Economics” SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,84% azdır. Ötən oktyabr ayı ilə müqayisədə isə SOCAR tərəfindən aparılan neft hasilatı 3,61% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayında 687,4 min ton, iyul ayında 709,7 min ton, avqust ayında isə 710,1 min ton, sentyabrda 686,8 min ton, oktyabr ayında isə 708,9 min ton təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında isə SOCAR tərəfindən isə ümumilikdə 7 697 min ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 0,83% çoxdur.
Ümumilikdə noyabr ayında ölkə üzrə 2 779,2 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 19,2% azdır.
Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5 min ton, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında 3 483,9 min ton, iyul ayında isə 3 708,2 min ton, avqust ayında isə 3 644.2 min ton, sentyabr ayında isə 3 469 min ton, oktyabr ayında isə 2 779,2 min ton neft hasil edilib.
Ümumilikdə bu ilin yanvar-noyabr aylarında 38 899 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 2,53% azdır.