Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR tərəfindən 636,5 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 8,97% azdır.
"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin iyul ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 0,39% azaldıb.
Bu ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən 5 057,2 min ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,70% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında 624,5 min ton, mayda 639 min ton, iyunda 620 min ton, iyulda isə 639 min neft hasil edilib.
Bu ilin avqust ayı ərzində ölkə üzrə 3 491,3 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,08% çoxdur. Bu ilin iyul ayı ilə müqayisədə isə bu rəqəm 3,98% çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ümumilikdə 28 191,1 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 1,07% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 518,2 min ton, fevralda 3 339,3 min ton, mart ayında 3 649,7 min ton, apreldə 3 469,8 min ton, mayda 3 567,2 min ton, iyun ayında 3 519,7 min ton, avqust ayında isə 3 491,3 min neft hasil edilib.