Bank Of Baku

SOCAR neft hasilatını 9%-ə yaxın azaldıb

SOCAR neft hasilatını 9%-ə yaxın azaldıb
# 21 oktyabr 2016 15:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında SOCAR tərəfindən 618,6 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8,33% azdır.

 

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, həmin göstərici avqust ayı ilə müqayisədə 2,81% azdır.
 

Bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən 5 mln. 675,8 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8,66% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında 624,5 min ton, mayda 639 min ton, iyunda 620 min ton, iyulda 639 min, ton avqust ayında isə 636,5 min ton neft hasil edilib.

 

Bu ilin sentyabr ayı ərzində ölkə üzrə 3 mln. 113,3 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 11,07% azdır. Bu ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 10,83% azdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumilikdə 31 mln. 304,4 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,28% azdır

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 518,2 min ton, fevralda 3 mln. 339,3 min ton, mart ayında 3 mln. 649,7 min ton, apreldə 3 mln. 469,8 min ton, mayda 3 mln. 567,2 min ton, iyun ayında 3 mln. 519,7 min ton, avqust ayında 3 mln. 491,3 min ton, avqust ayında isə 3 mln. 113,3 min ton neft hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR