Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR tərəfindən 699,2 min ton neft hasil edilib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin avqust ayı ilə müqayisədə 1,53% azdır.
Cari ilin iyul ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 0,47% azaldıb.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton, may ayında 706,5 min ton, iyun ayında 675,5 min ton, iyul ayında 702,5 min ton neft hasil edilib.
Bu ilin yanvar-avqust aylarında ümumilikdə SOCAR tərəfindən 5 mln. 539,3 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin səkkiz ayı ilə müqayisədə 1,4% azdır.
Bu ilin avqust ayı ərzində ölkə üzrə 3,387 mln. ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7,05% azdır. Bu ilin iyul ayı ilə müqayisədə isə bu rəqəm 4,10% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3,668 mln. ton, fevral ayında 3,293 mln. ton, mart ayında 3,722 mln. ton, aprel ayında isə 3,549 mln. ton, may ayında 3,426 mln. ton, iyun ayında isə 3,314 mln. ton, iyul ayında 3,532 mln. neft hasil edilib.
Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ümumilikdə 27 mln. 891,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk 8 ayı ilə müqayisədə 2,86% azdır.