Bank Of Baku

SOCAR neft hasilatını bir ildə 1% artırıb

SOCAR neft hasilatını bir ildə 1% artırıb
# 26 yanvar 2015 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 705,5 min ton neft hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki 2013-cü ilin dekabr ayı ilə müqayisədə 3,56% çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə SOCAR tərəfindən aparılan neft hasilatı 3,24% çoxdur.

 

Qeyd edək ki, ötən ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayında 687,4 min ton, iyul ayında 709,7 min ton, avqust ayında isə 710,1 min ton, sentyabrda 686,8 min ton, oktyabr ayında 708,9 min ton, noyabr ayında isə 683,3 min ton təşkil edib.

 

Ötən il ərzində SOCAR tərəfindən isə ümumilikdə 8 402,5 min ton neft hasil edilib. Bu, 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,05% çoxdur.

 

Ümumilikdə, dekabr ayında ölkə üzrə 3 581,4 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin eyni ayı ilə müqayisədə 0,31% azdır.

 

Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5 min ton, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında 3 483,9 min ton, iyul ayında isə 3 708,2 min ton, avqust ayında isə 3 644.2 min ton, sentyabr ayında isə 3 469 min ton, oktyabr ayında 2 779,2 min ton, noyabr ayında isə 2 779.2 min ton neft hasil edilib.

 

Ümumilikdə bu ilin 12 ayında 42 480,4 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 12 ayı ilə müqayisədə 2,35% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR