Bank Of Baku

SOCAR neft hasilatını bir ildə 2%-ə qədər azaldıb

SOCAR neft hasilatını bir ildə 2%-ə qədər azaldıb
# 19 may 2017 16:25 (UTC +04:00)

Bu ilin aprel ayında SOCAR tərəfindən 613,1 min ton neft hasil edilib.

 

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 1,82% az, bu ilin mart ayı ilə müqayisədə isə 1,87% azdır.

 

Bu ilin yanvar-aprel aylarında ümumilikdə SOCAR tərəfindən 2 mln. 459,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 2,52% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında isə 576,2 min ton, mart ayında isə 624,8 min ton  neft hasil edilib.

 

Bu ilin aprel ayında ölkə üzrə 3 mln. 186,1 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 8,17% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə bu rəqəm 2,35% çoxdur.

 

Bu ilin yanvar-aprel aylarında ümumilikdə ölkə üzrə 12 mln. 642,3 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 9,55% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında 2 mln. 975,7 min ton, mart ayında isə 3 mln. 113 min ton neft hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR