Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 641,9 min ton neft hasil edilib.
“APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 1,5% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə SOCAR neft hasilatını 9,9% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton neft hasil edilib
Bu ilin yanvar-fevral aylarında ümumilikdə 1 354,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk iki ayı ilə müqayisədə 0,94% azdır.
Bu ilin yanvar ayı ərzində ölkə üzrə 3 293 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,1% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 10,2% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton neft hasil edilib
Bu ilin yanvar-fevral aylarında ölkə üzrə ümumilikdə 6 960,6 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk iki ayı ilə müqayisədə 3,4% azdır.