Bank Of Baku

SOCAR neft hasilatını bir ildə 5%-ə qədər azaldıb

SOCAR neft hasilatını bir ildə 5%-ə qədər azaldıb
# 14 mart 2017 15:07 (UTC +04:00)

Bu ilin fevral ayında SOCAR tərəfindən 576,2 min ton neft hasil edilib.

 

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 4,76%, bu ilin yanvar ayı ilə müqayisədə isə 10,68% azdır.

 

Bu ilin yanvar-fevral aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 221,3 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 2,45% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton neft hasil edilib.

 

Bu ilin fevral ayında ölkə üzrə 2 mln. 975,7 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 10,88% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 11,63% azdır.

 

Bu ilin yanvar-fevral aylarında ümumilikdə ölkə üzrə 6 mln. 343,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 7,50% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton neft hasil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR