Bu ilin mart ayında SOCAR Novorossiysk limanından 244 min 635 ton xam neft ixrac edib.
"APA-Economics" SOCAR-ıən açıqladığı statistika rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin mart ayına nisbətən 3,1 dəfə çoxdur. Bu ilin fevral ayı ilə müqayisədə də xam neftin ixracı 3,1 dəfə artıb.
Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 404 min 413 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 3 ayı ilə müqayisədə 5,1 dəfə azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.