Bank Of Baku

SOCAR Novorossiysk limanından xam neftin ixracını artırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını artırıb
# 04 may 2015 09:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprel ayında Novorossiysk limanından 84 701 ton xam neft ixrac edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 0,26% çoxdur.  

 

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 486 ton xam neft ixrac edilib. Bu, ötən 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə isə 50% çoxdur.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR