Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin ilin noyabr ayında Novorossiysk limanından 169 661 ton xam neft ixrac edib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 2 dəfə çoxdur.
Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 270 min 108 ton xam neft ixrac edilib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 36,25% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.