Bu ilin avqust ayında SOCAR tərəfindən Novorossiysk limanından 254 min 363 ton xam neft ixrac edilib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 49,89% çoxdur.
"APA-Economics" SOCAR-a istinadən xəbər verir ki, iyul ayı ilə müqayisədə isə Novorossiysk limanından xam neftin ixracı 3,83% azdır.
Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 988 min 28 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 35,57% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.