Bank Of Baku

SOCAR noyabr üzrə qaz hasilatının həcmi açıqlayıb

SOCAR noyabr üzrə qaz hasilatının həcmi açıqlayıb
# 30 dekabr 2015 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında SOCAR tərəfindən 567,2 min kubmetr qaz hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 1,77% çoxdur. Bu ilin oktyabr ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 4,66% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr, may ayında 576,1 min kubmetr, iyun ayında 570,6 min kubmetr, iyul ayında 605,4 min, avqust ayında isə 603,4 min, sentyabr ayında 580,2 min, oktyabr ayında isə 594,9 min kubmetr qaz hasil edilib.

 

Bu ilin yanvar-noyabr aylarında SOCAR tərəfindən ümumilikdə 6 323,1 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin on bir ayı ilə müqayisədə 4,93% azdır.

 

Bu ilin noyabr ayında bütün ölkə üzrə 2 514 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 30,64% çoxdur. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu rəqəm 0,47% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə 2 589,4 min kubmetr, aprel ayında 2 482,3 min kubmetr, may ayında 2 454,7 min kubmetr, iyun ayında isə 2 327 min kubmetr, iyul ayında isə 2 468 min, avqust ayında isə 1 844,2 min, sentyabr atında 2 556 min, oktyabr ayında 2 526 min kubmetr qaz hasil edilib.

 

Bu ilin yanvar-noyabr aylarında bütün ölkə üzrə ümumilikdə 26 587,2 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin on ayı ilə müqayisədə 2,75% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR