Bakı. Vüsal Nəbiyev – APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyul ayında 68 min 450 ton dizel yanacağı, 27 min 972 ton təyyarə yanacağı və 101 ton soba mazutu ixrac edib.
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
Bu ilin yanvar-iyul ayları ərzində 560 min 305 ton dizel yanacağı, 131 min 482 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.
Cari ilin iyul ayında dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) - 643,33 dollar, təyyarə yanacağının - 508,82 dollar, dizel yanacağının - 494,77 dollar, 1% kükürdlü mazutun qiyməti isə 291,64 dollar təşkil edib.