Bank Of Baku

SOCAR ötən ay benzin ixracını 90%, dizel ixracını isə 40% artırıb

SOCAR ötən ay benzin ixracını 90%, dizel ixracını isə 40% artırıb
# 06 yanvar 2015 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ötən ilin dekabr ayında 99 ton avtomobil benzini ixrac edib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki 2013-cü ilin eyni ayı ilə müqayisədə 90,4% çoxdur.

 

Ötən ay SOCAR 106 205 ton dizel yanacağı ixrac edib ki, bu da 2013-cü ilin dekabr ayı ilə müqayisədə 40,4% çoxdur. Dekabr ayında 20 618 ton təyyarə yanacağı idxal edilib ki, bu analoji dövrlə müqayisədə 34% çoxdur.

 

Eyni zamanda dekabr ayında SOCAR tərəfindən 119 ton soba mazutu ixrac edilib.

 

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində 9 432 ton avtomobil benzini ixrac edilib ki, bu da 2013-cü ilin 12 ayı ilə müqayisədə 33,8% azdır.

 

2014-cü ilin 12 ayı ərzində 2013-cü ilin analoji dövrü ilə müqayisədə SOCAR tərəfindən 10,3% çox və ya 992 725 ton dizel yanacağı, 49,8% çox və ya 196 729 ton təyyarə yanacağı və eyni səviyyədə, yəni 657 ton soba mazutu ixrac edilib.

 

Ötən ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 563,85 dollar, təyyarə yanacağının - 608,02 dollar, dizel yanacağının - 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 323,98 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR