Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin yanvar ayında dövlət büdcəsinə 118 mln. 502 min manat vəsait ödənilib.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 55 mln. 076 min manata və ya 31,7% azdır.
Bundan əlavə, bu ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 mln. 931 min manat vəsait köçürüb. Bu, 2014-cü ilin ilk ayı ilə müqayisədə 1 mln. 566 min manat və ya 11,6% azdır.