Bank Of Baku

SOCAR ötən ay həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb

SOCAR ötən ay həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb
# 02 noyabr 2016 08:25 (UTC +04:00)

2016-cı ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub.

 

Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülüb ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aiddir.

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR