Bank Of Baku

SOCAR ötən ay Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb

SOCAR ötən ay Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb
# 02 fevral 2015 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında həyata keçirilmiş xam neftin ixracı ilə bağlı məlumatı açıqlayıb.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay SOCAR Novorossiysk limanından 169 507 ton xam neft ixrac edib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 dəfə çoxdur. 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 739 ton xam neft ixrac edilib.

 

Ötən ay Supsa limanından 254 107 ton xam neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% azdır. Yanvar ayında Ceyhan limanından 1 697 768 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 6,6% çoxdur.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR