Bank Of Baku

SOCAR ötən ay Novorossiysk limanından xam neft ixrac etməyib

SOCAR ötən ay Novorossiysk limanından xam neft ixrac etməyib
# 05 yanvar 2015 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin dekabr ayında Novorossiysk limanından xam neftin ixracını həyata keçirməyib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin dekabr ayında bu kəmərlə 169 363 ton neft ixrac olunub.

 

Ümumilikdə, yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 155 ton xam neft ixrac edilib. Bu isə 2013-cü ilin 12 ayı ilə müqayisədə 46,8% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR