Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyun ayında dünya bazarında həyata keçirdiyi xam neftin satış qiymətlərini açıqlayıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 44,7% azalaraq 61,69 dollara, Urals neftinin qiyməti 42,9% azalaraq 62,51 dollara, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 44,6% azalaraq 62,73 dollara satılıb.
Xatırladaq ki, ötən ilin iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 111,65 dollara, Urals nefti - 109,44 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 113,21 dollara satılıb.