Bank Of Baku

SOCAR ötən il Ceyhan limanından neft ixracını azaldıb

SOCAR ötən il Ceyhan limanından neft ixracını azaldıb
# 07 yanvar 2016 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ilin dekabr ayı ərzində 2 mln. 739 min 625 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 2,03% çoxdur. Bu həcmin 1 mln. 848 min 765 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

 

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 mln. 079 min 649 ton təşkil edib ki, bu da 2014-cü ilin 12 ayı ilə müqayisədə 0,16% azdır.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər Ceyhan limanından 291 mln. 018 min 739 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR