Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayı ərzində 2 684 967 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 28,6% çoxdur. Bu həcmin 2 194 300 tonunu SOCAR nefti təşkil edib
Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 127 245 ton təşkil edib. Bu da daha əvvəlki ilin 12 ayı ilə müqayisədə 0,25% azalıb.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu il yanvar ayının 1-ə qədər Ceyhan limanından 262 271 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.