Bank Of Baku

SOCAR ötən il Ceyhan limanından xam neftin ixracını 12% azaldıb

SOCAR ötən il Ceyhan limanından xam neftin ixracını 12% azaldıb
# 05 yanvar 2016 15:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR 2015-ci ilin dekabr ayında Ceyhan limanından 1 mln. 852 min 763 ton xam neft ixrac edib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 15,56% azdır.

 

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Ceyhan limanından isə 17 mln. 931 min 458 ton xam neft ixrac edilib ki, bu da daha əvvəlki 2014-cü ilin 12 ayı ilə müqayisədə 12,46% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR